RU

Qafqaz dağlarında "Brokken kabusu" peyda oldu - VİDEO

Rusiyanın Qırmızı Polyana kurortunda qeyri-adi hadisə baş verib. Turistlər nadir optik illüziya olan "Brokken kabusu"nu videoya çəkə biliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə QTRK "Soçi" məlumat yayıb.

Bu təbiət hadisəsi buludların içərisindən keçən işığın müşahidəçinin kölgəsini onların üzərinə proyeksiya etməsi nəticəsində baş verir. Nəticədə dağlarda nəhəng siluet peyda olur və çox vaxt başının ətrafında halə ilə müşayiət olunur.

Almaniyada Brokken dağının zirvəsində bu cür hadisələr tez-tez baş verdiyindən təbiət hadisəsi məhz belə adlandırılıb. Statistikaya görə, Qafqaz dağlarında da bu cür "kabuslar" müşahidə olunur, lakin bu çox nadir hallarda baş verir.

Tarixə nəzər salsaq, ilk dəfə belə hadisə haqqında 1780-ci ildə alman təbiətşünası Yohann Zilis qeydlər aparmışdır. O, səhər tezdən Brokken dağına qalxarkən buludlar arasında öz kölgəsini və başının ətrafında parıltını görmüşdü. "Brokken kabusu" bəzən "Brokken şeytanı" da adlandırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
99
3
milli.az

10Источники