RU

Diş poliklinikasının işçisi həkimin pul qabını oğurladı - VİDEO

Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.

Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürəüb və mərkəzi tərk edib.

Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Ehtiram Muradov

Избранный
15
50
unikal.az

10Источники