RU

XTQ kapitanı İsmayıl Səmədovun anım günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan İsmayıl Səmədov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib və oktyabrın 11-də Xocavəndin Gorazıllı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsilini başa vurub və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb. Həmin ildə XTQ kursuna yazılıb və kursu birinciliklə bitirib. 2011-ci ilin yay aylarından Xızıda "N" saylı hissədə fəaliyyətə başlayıb. 2014 və 2017-ci illərdə Gürcüstanda dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarında iştirak edib, 2018-ci ilin mayında isə İzmir şəhərində baş tutan “EFES - 2018” beynəlxalq təlimlərinin pentatlon turnirinin qalibi olub.

İsmayıl Səmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Избранный
12
qht.az

1Источники