RU

Putin İran prezidentini Rusiyaya səfərə dəvət edib

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı Aşqabadda keçirilən ikitərəfli görüş çərçivəsində Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, Pezeşkian Rusiya liderinin dəvətini qəbul edib, ona təşəkkür edib.

Bundan əvvəl Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla görüşündə Moskva və Tehranın beynəlxalq hadisələri qiymətləndirməkdə tez-tez razılaşdıqlarını bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya və İran beynəlxalq arenada fəal əməkdaşlıq edir.

Oktyabrın 11-nə keçən gecə Putin Türkmənistana işgüzar səfərə gəlib. Rusiya prezidenti Aşqabadda keçirilən “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adlı forumda çıxış edib. Forum türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunub. Putin hadisə yerinə Rusiyanın “Arus” markalı avtomobili ilə gəlib və onu Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov qarşılayıb.

Bundan əvvəl Putin Aşqabaddakı forum iştirakçılarını BRİKS sammitinə dəvət edib.

 

Nigar

Избранный
14
oxu24.com

1Источники