RU

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsinə qatılacaqlar

Azərbaycanın

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, həlledici raundda ölkəmizi Ramiz Həsənov (80 kiloqram) və İbrahim Yusubov (90 kiloqram) təmsil edəcəklər.

Yarış oktyabrın 12-13-də baş tutacaq.

Qeyd edək ki, bu turnirdən dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.

Избранный
6
2
xalqcebhesi.az

3Источники