Rusiya prezidenti Vladimir Putin Aşqabadda iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Putin və Pezeşkian arasında ilk görüşdür.
Görüşün əvvəlində Putin qeyd edib ki, Moskva və Tehran beynəlxalq arenada fəal işləyir və hadisələrə tez-tez oxşar qiymət verirlər.
Onun sözlərinə görə, Rusiya ilə İran arasında qarşılıqlı ticarət tendensiyaları yaxşıdır.
Daşqın HəsənovMissiya.Az