RU

Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

Bakı. Trend:

Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləriyerləşdirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin(AYNA) yaydığı məlumatda deyilir.

Bildirilib ki, əhalinin velosiped sürməyə marağını nəzərəalaraq, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsibaxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrindəmikromobillik zolaqları təşkil edilir.

"Bu, qısa məsafəyə gedən insanları tıxacda qalmaqdan da xilasedir. Bu istiqamətdə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən paytaxtın bir neçə istiqamətində velosipedyollarının təmin edilməsi işləri aparılıb.

Belə ki, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədədvelosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb.Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradanqaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillikzolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib", - qurumdanbildirilib.

Məqalədə:
Избранный
17
2
az.trend.az

3Источники