RU

AFFA-dan klublara cəza

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

Misli Premyer Liqasının IX turunun “Səbail” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə yığma 700 manat cərimə edilib. 

Qırmızı vərəqə alan Brahim Konate də yığmasını 500 manat ziyana salıb. Futbolçunun özü isə 1 oyun cəzalandırılıb. “Turan Tovuz”un “Zirə” ilə matçı başa çatdıqdan sonra onun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib. “Sumqayıt” – “Qarabağ” oyununda da “Gənclik şəhəri” təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Buna görə klub 800 manat ödəyəcək.

Избранный
4
3
xalqqazeti.az

5Источники