RU

Baltik dənizində alman neft tankeri yanır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya sahillərində, Kyulunqsborn kurortunun yaxınlığında "Annika" adlı alman tankerinin göyərtəsində yanğın baş verib.
Bu barədə Oxu.Az "Readovka" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, tanker digər gəmilərə yanacaq doldurmaları üçün təxminən 640 ton həcmində neft daşıyırmış.
Hadisə şahidlərinin yaydığı görüntülərdə gəminin üstündən qara tüstü sütununun qalxdığı kadrlar yer alıb. Yanğının söndürülməsində üç gəmi iştirak edir, xilasedicilər isə helikopterlə əraziyə çatdırılır. Yanğının səbəbləri hələlik məlum deyil.
Fövqəladə hallar xidmətləri 7 dənizçini xilas edərək sahilə təxliyə etməyə nail olublar. Hadisə yerində fövqəladə-xilasetmə qayığı, buksir gəmisi və çoxməqsədli gəmi işləyir.
Əgər yanğın vaxtında söndürülməsə, neft məhsullarının Baltik dənizi akvatoriyasına sızması riski var.
Избранный
21
4
oxu.az

5Источники