RU

Qazaxda lotereyadan 425 364 manatlıq cekpot uduldu

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya"nın tarixində növbəti cekpot qazanılıb. 
"Azərlotereya"nın 24406-cı tirajında "Meqa 5/36" lotereyasında 425 364 manatlıq cekpot udulub. Cekpotun udulma xəbəri Xəzər TV-də canlı yayımda elan edilib. Şanslı qalib Qazax şəhərindən olub. 
"Meqa 5/36” tirajlı lotereyasında hazırda minimum cekpot məbləği 50 759 manatdır.
Tirajlı lotereya biletlərini "Azərlotereya” satış nöqtələri, "Misli” məntəqələri və "Azərpoçt" şöbələrindən əldə etmək mümkündür.
Hər gün saat 19:45-də "Xəzər TV”, eləcə də "Azərlotereya TV” yutub kanalında canlı yayımlanan "Super Keno”da 1 000 000 manat böyük uduş, həftənin 1, 3, 5 və 6-cı günləri isə "4+4” oyununda 300 000 manatdan böyük cekpota sahib ola bilərsiniz. Eyni zamanda, "Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini gözləyir. 
Qeyd edək ki, 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyunlarında iştirak edə bilərlər.
 
 
 

Избранный
5
20
7news.az

10Источники