RU

Pərakəndə ticarət dövriyyəsi: Hansı rayonlar geriləyib?

Azərbaycanda rayonlar və şəhərlər üzrə pərakəndə ticarət dövriyyəsində dəyişikliklər müşahidə olunub.

Fins.az, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir il ərzində ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 938,6 milyon manat, yəni 6% artıb.

Ən yüksək artım Ağdamda qeydə alınıb – 10,3 milyon manat, 25,4% artım. Füzuli rayonunda isə 23,7%, yəni 8,1 milyon manat artım baş verib. Lənkəran 9,4% (31,8 milyon manat), Astara 8,9% (9,9 milyon manat), Qazax isə 7,3% (9,9 milyon manat) müsbət dinamika ilə diqqət çəkir.

Bəzi rayonlarda isə dövriyyə azalıb. Yardımlıda illik müqayisədə 4,1 milyon manat, Daşkəsəndə 1,7 milyon manat, Samuxda 2,6 milyon manat, Kürdəmirdə isə 7,4 milyon manat azalma qeydə alınıb.

İşğaldan azad edilmiş Xankəndi və Xocalıda isə yanvar-iyun ayları üzrə məlumat olmadığından dinamika müəyyən edilməyib.
 

Zemfira Ms
Fins.az

 

Избранный
28
fins.az

1Источники