RU

Baltik dənizində Almanyanın nəhəng neft tankeri yanıb

Külunqsborn şəhəri yaxınlığında Baltik dənizində 73 metrlik neft tankeri – “Annika” yanıb. Almaniyanın axtarış-xilasetmə xidməti bildirib ki, yeddi nəfərlik ekipaj xilas edilərək sahilə çıxarılıb.

Radio qəza siqnalı yerli vaxtla saat 9:00 radələrində qəbul edilib. Yanğın maşın otağında baş verib, səbəbi məlum deyil. Saat 10:00-da “Wilma Sikorsky” gəmisi bütün ekipaj üzvlərini sahilə çatdırıb.

Xilasetmə əməliyyatına axtarış-xilasetmə kreyseri, “Baltika” dərin dəniz yedək gəmisi və çoxməqsədli “Arkona” gəmisi cəlb olunub və onlar çatdıqdan sonra yanğını söndürməyə başlayıblar. Hadisə yerində küləyin sürəti 38 km/saata çatıb, suyun temperaturu 10 dərəcə Selsi olub.

//Samir Qurbanov, Editor.az

Избранный
32
editor.az

1Источники