RU

Rusiya və İranın mövqeyi çox vaxt üst-üstə düşür - Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və İran beynəlxalq arenada birgə fəal  işləyir və hadisələri çox vaxt oxşar qiymətləndirirlər.

Sitat.info xəbər verir ki, Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşündə bu sözləri  vurğulayıb. 

“Biz beynəlxalq arenada fəal şəkildə birgə işləyirik və dünyada baş verən hadisələrə qiymətimiz çox yaxın  olur" - Putin deyib.

Bu, iki prezidentin ilk görüşüdür. Kremlin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, tərəflər ikitərəfli məsələləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Danışıqlarda Rusiya tərəfdən Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Kremlin köməkçisi Yuri Uşakov, Kremlin mətbuat katibi Dmitri Peskov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edib.

Nərgiz,

Sitat.info

Избранный
16
sitat.info

1Источники