RU

Azərbaycan XİN Paşinyana cavab verib

Bakı. Trend:

Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı:təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyiiddialar reallıqların təhrif olunması cəhdidir.

XİN-dən Trend-əverilən məlumata görə, Üçtərəfli bəyanata istinadənkommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirininaçıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərədair etinasızlığı növbəti dəfə nümayiş etdirir.

Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanınkommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu,nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağıaçıq-aydın təsvir olunub.

Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdanirəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq,ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək özqanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindənçıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçındəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbitexnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davametdirməsi xatırlanmalıdır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edənErmənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarmarejimin təbliğatını aparması və Ermənistan Baş nazirinin 2 sentyabr2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçıxunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb.

Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti,qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik suallarıyalnız təəccüb və istehza doğurur.

Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsihəmçinin gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinəsadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvilverib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xuntarejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hərhansı bir öhdəliyə malik deyil.

Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədəmövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixinsaxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərinikobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyüvəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç birçərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibariləbeynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyəçağırırıq.

Избранный
26
48
az.trend.az

10Источники