RU

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

Siyəzən rayonunda əlil övladına təcavüz etmiş şəxs həbs edilib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, rayondakı qurumlardan birində fəhlə işləyən 1970-ci il təvəllüdlü Y.Feyziyev (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, 54 yaşlı kişi 30 yanvar 2024-cü ildə saat 15-16 radələrində birgə yaşadıqları ünvanda serebral iflic, eşitmə və danışma əngəlli, əqli gerilik və s. xəstəliyi səbəbindən I qrup əlilliyi olan, özünü müdafiə etmək və müqavimət göstərmək imkanından məhrum qızına cinsi təcavüz edib.

O, 2000-ci il təvəllüdlü, doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı istintaqla müəyyən edilmiş Güləndamıın köməksiz vəziyyətdə olmasından istifadə edərək iyrənc hərəkətlər edib. Bu zaman qızın anası gəlib və hadisə barədə polisə məlumat verib.

İstintaq prosesi zamanı əlil qızın atasının başqası olması da müəyyən edilib. Lakin hadisəyə qədər Y.Feyziyev Güləndamı doğma qızı sanırmış.

Избранный
12
9
demokrat.az

10Источники