RU

Rəsmi Bakıdan Paşinyana CAVAB

"Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

A.Hacızadə deyib ki, üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir. 

"Cebheinfo.az"

Избранный
33
cebheinfo.az

1Источники