RU

Çeçenistanın paytaxtında güclü partlayış baş verdi - VİDEO

Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda kollec yaxınlığındakı yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Bu barədə Oxu.Az Rusiyanın "Telegram" kanallarına istinadən xəbər verir.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, yanacaqdoldurma məntəqəsi hələ də partlamağa davam edir.

Fövqəladə hallar xidmətlərindən bildirib ki, ilkin məlumatlara görə, yanacaqdaşıyan maşınını və ya yanacaq çəninin partlaması yanğına səbəb ola bilər.

Избранный
12
4
paralel.az

10Источники