RU

AÇ-2025: Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 9-cu oyununu Şimali İrlandiya yığmasına qarşı keçirib.

Ballimena şəhərində baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Şimali İrlandiya yığması 5 cavabsız qolla qalib gəlib.

Millimiz bu qrupdakı sonuncu oyununu 3 gün sonra səfərdə İngiltərə yığmasına qarşı keçirəcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr

Şimali İrlandiya – Azərbaycan 5:0
Qollar: Çarli Allen, 11-pen. Coşua Makkirnan, 56. Patrik Kelli, 64. Castin Devenni. 68, Rüstəm Samiqullin, 80-öz qapısına.
Baş hakim: Heini Ziskason Vicoy (Farer adaları).
Bakı. “The Showgrounds” stadionu.

Şimali İrlandiya: 1. Stefen Makmullan, 2. Karl Conston (k) (20. Şe Kirni, 79), 3. Sin Stüart, 4. Aaron Donnelli, 6. Castin Devenni, 7. Çarli Allen (17. Makenzi Kirk, 73), 8. Patrik Kelli (11. Terri Devlin, 73), 9. Dey Teylor (19. Metthyu Lusti, 73), 10. Cici Makkirnan, 14. Tommi Foqarti, 21. Ruairi Makkonvill (18. Darren Robinson, 79).
Ehtiyat oyunçular: 12. Coş Klark, 15. Ceymi Makdonell, 16. Dilan Sloan, 22. Coşua Briqqs.
Baş məşqçi: Tommi Rayt.

Azərbaycan: 1. Rüstəm Samiqullin, 3. Rüfət Abbasov, 4. Cəlal Hüseynov (k), 5. Mahir Həsənov, 9. Musa Qurbanlı (18.Ağadadaş Səlyanski, 61), 10. Samir Abdullayev (7. Xəyal Əliyev, 61), 13. Emil Səfərov (8. Fərid Yusifli, 70), 14. Rauf Rüstəmli, 15. Süleyman Damadayev, 16. Qurban Səfərov (2. Abdulla Rzayev, 46), 17. Murad Vəliyev (19. Nəriman Axundzadə, 46).
Ehtiyat oyunçular: 12. Xəyal Füyzullayev, 20. Mirəli Əhmədov, 21. Emin Rüstəmov, 23. Şahin Şahniyarov.
Baş məşqçi: Samir Əliyev.

Xallar: Ukrayna – 24. İngiltərə – 22. Serbiya – 13. Lüksemburq – 7. Şimali İrlandiya – 10. Azərbaycan – 5.

Избранный
32
4
arena.az

5Источники