UEFA Millətlər Liqasında bu gün III tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, A və C liqalarında ümumilikdə 8 matç oynanılacaq.
Günün maraqlı görüşlərindən birində Portuqaliya yığması Polşanın qonağı olacaq.
Bundan başqa, İspaniya Danimarkanı, Serbiya isə İsveçrəni sınağa çəkəcək.
Qeyd edək ki, ilk üç turda xal qazana bilməyən və keçirdiyi oyunların hamısında uduzan Azərbaycan millisi oktyabrın 14-də Bakıda Slovakiya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
III tur
12 oktyabr
A Liqası
1-ci qrup
Xorvatiya – Şotlandiya 2:1
Qollar: Matanoviç, 36, Kramariç, 70 - Kristi, 33.
22:45 Polşa – Portuqaliya
Xal durumu: Portuqaliya – 6, Xorvatiya – 6, Polşa – 3, Şotlandiya – 0
4-cü qrup
22:45 Serbiya – İsveçrə
22:45 İspaniya – Danimarka
Xal durumu: Danimarka – 6, İspaniya – 4, Serbiya – 1, İsveçrə – 0
C Liqası
2-ci qrup
Litva – Kosovo 1:2
Qollar: Qolubiskas, 84 - Jeqrova, 20, Krasniqi, 64.
22:45 Kipr – Rumıniya
Xal durumu: Rumıniya – 6, Kosovo – 6, Kipr – 3, Litva – 0
3-cü qrup
Bolqarıstan – Lüksemburq 0:0
22:45 Belarus – Şimali İrlandiya
Xal durumu: Bolqarıstan – 5, Belarus – 4, Şimali İrlandiya – 3, Lüksemburq – 1