RU

Niderlandın qərəzli hücumu qəbuledilməzdir

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır.

Açıqlamanın davamında deyilir: “Nəhayət vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, islamofobiyanın geniş tüğyan etdiyi, Srebrenitsa soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur.

Bəyanat bu sözlərlə bitir: “Biz Qərbi Azərbaycan İcması olaraq Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”.

XQ

Избранный
13
4
xalqqazeti.az

10Источники