RU

“Bank Avrasiya”nın mənfəəti 3 dəfədən çox artıb

“Bank Avrasiya” ASC 2024-cü ilin 3-cü rübünü 3 milyon 484 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 1 milyon 91 min manat olub ki, bu da illik müqayisədə 3.2 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın gəlirləri 13 milyon 54 min manat (əvvəlki ilə nisbətən 16% çox), xərcləri 7 milyon 695 min manat  təşkil edib.

Избранный
129
20
banker.az

10Источники