RU

Corciya Meloni: İsrailə silah ixracı üçün lisenziyaların verilməsi dayandırılıb

İsrail Qəzza sektorunda hərbi əməliyyata başlayandan bəri İtaliya bu ölkəyə silah ixracı üçün yeni lisenziya verməyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloninin hökumət saytında dərc olunan bəyanatında deyilir.

“İsrail Qəzza sektorunda əməliyyata başladıqdan sonra hökumət İsrailə silah ixracı üçün hər hansı yeni lisenziyaların verilməsini dərhal dayandırıb. Bu səbəbdən oktyabrın 7-dən sonra imzalanan müqavilələrin heç biri yerinə yetirilməyib”, - deyə Corciya Meloni bildirib.

Baş nazir, həmçinin əlavə edib ki, Qəzza sektorunda böhranın davam etdiyi müddətdə İsrailə silah ixracı üçün yeni lisenziyalar verilməyəcək.

Qeyd edək ki, oktyabrın 5-də Fransa Prezidenti Emmanuel Makron İsrailə silah tədarükünün dayandırılmasını münaqişənin siyasi həlli üçün prioritet adlandırıb. O, eyni zamanda, Livanın yeni Qəzzaya çevrilməməli olduğunu bəyan edib və yəhudi dövlətini hərbi əməliyyatları dayandırmağa çağırıb. Oktyabrın 11-də isə Yunanıstan, İspaniya, İtaliya, Kipr, Malta, Portuqaliya, Sloveniya, Fransa, Xorvatiya “MED-9” (Doqquz Aralıq dənizi ölkəsi) sammitindən sonra İsrailə silah ixracının dayandırılmasının lehinə çıxış edib.

Избранный
7
12
xezerxeber.az

10Источники