RU

Kamerasız "Nokia" təqdim edildi

"HMD Global" şirkəti Çin bazarında "Nokia" brendi altında yeni birdüyməli mobil telefon təqdim edib. Telefonun kamerası yoxdur, lakin 4G dəstəyi var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Nokia 108 4G" telefonu 2.4 düymlük LCD ekran, 1450 mAh tutumlu çıxarıla bilən batareya və "4G VoLTE" dəstəyi ilə təchiz edilib. Cihazda hətta VGA kamerası belə yoxdur.

Yeni model, həmçinin qulaqlıqlar üçün 3.5 mm audiodəlik, yuxarı tərəfdə LED fənər və böyük düymələri olan T9 klaviaturası ilə öyünə bilər.

"Nokia 108 4G" üç rəngdə təklif olunur: qara, çəhrayı və mavi. Cihazın Çindəki qiyməti 259 yuan (təxminən 62 manat) təşkil edir. "Nokia 108 4G"nin Çindən kənarda satışının planlaşdırılıb-planlaşdırılmadığı dəqiqləşdirilmir.

"HMD Global" "Nokia" brendi altında cihazların hazırlanması və satışı ilə məşğul olan Finlandiya şirkətidir. O 2016-cı ilin may ayında "Microsoft Mobile"dan "Nokia" mobil telefonlarının istehsalı biznesini aldıqda təsis edilmişdi. Şayiələrə görə, HMD 2025-ci ildə "Nokia" brendindən imtina etməyi planlaşdırır, çünki "Nokia"nın əqli mülkiyyətindən istifadə üçün lisenziyanın müddəti 2026-cı ildə başa çatır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
91
15
milli.az

10Источники