RU

İsrail ordusunun hücumlar nəticəsində həyatını itirənlərin sayı 42 500 nəfərə yüksəlib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 42 500 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 378 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 62 fələstinlinin həyatını itirdiyi, 300 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 500, yaralıların sayının isə 99 546  nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında hələ də minlərlə insanın olduğu, İsrail qüvvələrinin maneələri səbəbindən tibbi personalın və mülki müdafiə dəstələrinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Избранный
59
9
trt.net.tr

10Источники