RU

Türkiyədə dövlətə xəyanət və casusluqla bağlı cəzalar sərtləşdirilir

Xarici dövlətin xeyrinə törədilmiş cinayət əməllərinə görə cinayət cəzalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsi Türkiyədə xarici dövlətin xeyrinə törədilmiş cinayətləri, o cümlədən Cinayət Məcəlləsinin casusluğu nəzərdə tutan 22-ci maddəsinə dəyişiklikləri ehtiva edir.

Eyni zamanda, Türkiyə Cinayət Məcəlləsinin “Dövlət sirrinə qarşı cinayətlər və casusluq” bölməsinə xarici dövlətlərin və ya təşkilatların maraqları üçün daxili sabitliyə, habelə strateji məqsədlərə xidmət edən daxili və xarici siyasətə təhlükə yaradan əməllərə görə cəzaları nəzərdə tutan yeni maddə daxil edilir. Bu cür cinayətlərə görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Dövlətə xəyanət cinayəti strateji əhəmiyyətli strukturların işçiləri və ya xüsusi əhəmiyyət kəsb edən layihələrin şəxsi heyəti tərəfindən törədildiyi halda, buna uyğun cinayət cəzasının müddəti iki dəfə artırılır.

Qeyd edək ki, Türkiyə Cinayət Məcəlləsinin hazırkı redaksiyasında xarici dövlət üçün casusluğa görə maksimum cəza 5 il azadlıqdan məhrumetmədir.

Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının sədri Abdulla Gülər bununla bağlı bildirib ki, dəyişikliklərin məqsədi Türkiyənin maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərə qarşı mübarizənin effektivliyini artırmaqdır.

Избранный
51
50
korrespondent.az

10Источники