RU

Yağış, külək... - Sabahın havası

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.

Избранный
21
28
sitat.info

10Источники