RU

ABŞ-da ehtiyatlar gözləniləndən 5 dəfə çox artdı; Neft 2 dollar ucuzlaşdı

Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 5,47 milyon barel artaraq 426,02 milyon barelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məlumat açıqlanıb.

Məlumata görə, həftə ərzində benzin ehtiyatları 878 min barel artaraq 213,58 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 1,14 milyon barel azalaraq 113,84 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1 milyon barel artacağını, benzin ehtiyatlarının 1,9 milyon barrel, distillat ehtiyatlarının isə 2 milyon barrel azalacağını gözləyirdilər.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatlarındakı dəyişiklik dünya bazarında qiymətlərə təsir edən mühüm amillərdən biridir. Ötən həftəyə dair məlumat qiymətlərin 2 dollara yaxın ucuzlaşmasına səbəb olub.

 

Musavat.com

Избранный
63
4
musavat.com

5Источники