Gürcüstanda naməlum şəxslər ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın ofisinə soxulublar.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qeyd olunub ki, onlar partiyanın brifinq otağını dağıdıb və müxalifət tərəfdarları ilə dalaşıblar.
Daha sonra polis hücum edənləri bibər qazı ilə ərazidən uzaqlaşdırıb.
Musavat.com