RU

"Ermənistanın COP29-da iştirakı sülhün imzalanmasını tezləşdirə bilər"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb. Daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da beynəlxalq tədbirə dvət edilib.

Bəs Ermənistanın hakimiyyət nümayəndələri COP29 tədbirində iştirak edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Turan Rzayevin sözlərinə görə, Paşinyan görüşə gəlməsə də Mirzoyanın gələcəyi gözləniləndir:

"Azərbaycan tərəfi rəsmi səviyyədə həm Paşinyanı, həm də Ararat Mirzoyanı dəvət edib. Yəni Azərbaycan Ermənistan tərəfini COP29-da iştirak etməyə çağırıb. Kazanda baş tutan BRİKS+ sammitində də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı pozitiv görüntülər də onu deməyə əsas verir ki, Ermənistan tərəfi COP29-a gəlib, iştirak edəcək. Birbaşa Paşinyanın özünün gələcəyini düşünmürəm, indiki məqamda onun Azərbaycana gəlməsi o qədər də real görünmür. Amma daha çox Mirzoyanın gəlməsi ehtimal edilir".

Turan

Politoloq bildirdi ki, Ermənistan tərəfinin COP29-da iştirakı sülh qapılarının açılmasını tezləşdirə bilər.

"Bununla belə, Ararat Mirzoyanın Bakıya gəlməsi iki ölkə arasında tarixi bir hadisə olacaq və münaqişənin həlli, habelə sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım rolunu oynaya bilər. Əgər o gələrsə, artıq bu münaqişənin siyasi baxımdan da bitməyə doğru getdiyini göstərir. Faktiki olaraq hərbi tərəf bitibdir. İndi isə siyasi müstəvidə münaqişənin bitirilməsinə çalışılır. İstənilən bir şəxsin Azərbaycana səfər etməsi, Bakıda sülh müqaviləsi ilə bağlı real danışıqların gedəcəyini və bunun nəticəsinin müsbət olacağını göstərir", - deyə Turan Rzayev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Избранный
104
2
redaktor.az

10Источники