Demokrat.az Washington Post qəzetinə istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən məsələdən xəbərdar olan üç mənbə "Salt Typhoon" adlı haker qrupunun noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi casusluq fəaliyyəti həyata keçirdiyini bildirib.
Mənbələrdən biri Çin dövlətinə yaxın olduğu iddia edilən haker qrupunun Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın adı açıqlanmayan kampaniya müşavirlərindən biri də daxil olmaqla bir çox siyasi xadimin telefon danışıqlarını dinlədiyini bildirib.
Çin qrupunun aylar əvvəl başlayan genişmiqyaslı casusluq əməliyyatı çərçivəsində bir çox telefon danışıqlarından səs yazıları topladığını iddia edən mənbə, məsələ ilə bağlı araşdırmanın davam etdiyini və ABŞ hökumətinin neçə səs yazısı olduğunu müəyyən etməyə çalışdığını bildirib.
Bildirilib ki, hakerlər izlədikləri siyasi fiqurların mətn mesajları da daxil olmaqla bütün şifrələnməmiş əlaqə məlumatlarına da daxil ola biliblər.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və digər ABŞ agentlikləri hələ də casusluq kampaniyasının bütün miqyasını araşdırır. Oktyabrın 25-də Federal Təhqiqat Bürosunun bəyanatında deyilir: "ABŞ hökuməti Çin Xalq Respublikasına bağlı aktyorların kommersiya telekommunikasiya infrastrukturuna icazəsiz girişini araşdırır".
Ölkə seçkilərə doğru getdiyi bir vaxtda hakerlər tərəfindən həyata keçirilən sızmaların əhatə dairəsi uzunmüddətli milli təhlükəsizliyə potensial təhlükə ilə bağlı narahatlıqları artırır.
FTB "Washington Post"un suallarını şərh etməkdən imtina etsə də, Çinin Vaşinqtondakı səfirliyi əməliyyatdan əvvəl xəbərdar olmadıqlarını bildirib.
"New York Times" qəzeti də iddia edib ki, hakerlər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampın və vitse-prezidentliyə namizəd, Ohayo senatoru Ceyms Devid Vensin telefonlarını hədəf alıblar. Lakin indiyədək hər iki şəxsin telefonlarının dinlənilməsi ilə bağlı heç bir dəlil tapılmayıb.
Məsələ ilə tanış olan iki mənbə "Washington Post"a bildirib ki, indiyə qədər telefonlarının dinlənildiyi təsbit edilənlərin sayı 100-dən azdır, lakin araşdırmalar davam etdikcə, daha çox adam üzə çıxa bilər.
Ağ Ev oktyabrın əvvəlində araşdırma üçün bir çox qurumların nümayəndələri ilə bir qrup yaradıb. "Salt Typhoon" adlanan qrupun federal hökumət tərəfindən edilən qanuni ələ keçirmə tələblərinə nəzarət edən sistemi də hədəf alacağı düşünülür. ABŞ rəsmiləri bildirirlər ki, hakerlik fəaliyyətləri seçkilərə təsir edə bilməz.
Jalə
Demokrat.az
7Источники
-
qaynarinfo.az"Çin hakerləri 150 ABŞ siyasətçisini dinləyib" - FTB ( 13331434)
-
teleqraf.comÇinli hakerlər iş başında: 150 amerikalı siyasətçi izlənilir ( 13323835)
-
poliqon.infoÇin hakerləri ABŞ-la mümkün münaqişəyə hazırlaşır ( 13300534)
-
demokrat.azABŞ-ın milli təhlükəsizliyi təhlükədə — Çin hakerləri siyasətçiləri dinləyir ( 12497683)
-
sam.azÇin ABŞ seçkilərinə müdaxilə etmək niyyətində olmadığını bildirib ( 12493585)
-
turkustan.azÇinlə əlaqəli hakerlərin ABŞ siyasətçilərinin telefon zənglərini dinlədiyi iddia edildi ( 12464383)
-
qaynarinfo.azÇin Tramp və Vensə qarşı casusluq əməliyyatı keçirib - FTB araşdırır ( 12420334)