RU

Xalq artistindən sonra aparıcı da həmin həkimi məhkəməyə verdi - VİDEO

Xalq artisti Flora Kərimovadan sonra daha bir xanım plastik-cərrah Sevinc Heydərovanı məhkəməyə verib. 

Redaktor.az xəbər verir ki, aparıcı olduğunu deyən Fərqanə adlı qadın "Səni axtarıram" verilişinə gəlib və əməliyyatının uğursuz olduğunu deyib. O bildirib ki, əməliyyatından 10 ay keçib və üzündə izlər qalıb:

"Özünü heç nə olmamış kimi apardı. Əməliyyat reklam qarşılığında olmuşdu. Məsələyə hüquqi müstəvidə baxılacaq. Üzgərmə əməliyyatı etdirmişdim. Məndən əvvəl Xalq artisti Flora Kərimova da həkimi məhkəməyə verib.

Ekspertiza deyir ki, həkim səhvi deyil. Bu, xırda kosmetoloji problemdir".

Aparıcı Xoşqədəm Hidayətqızı isə "Sizi göndərəcəyəm xaricdə ekspertiza rəy versin. Buradakı ekspertizanın rəyi mənə maraqlıdır" deyə, söyləyib.

Qeyd edək ki, F.Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib (axsam.az). 

 

Избранный
56
4
redaktor.az

5Источники