Rusiya Müdafiə Nazirliyi yeni məlumat yayıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, məlumatda Rusiya hərbçilərinin Xarkov vilayətinin Kruqlyakovka kəndini ələ keçirdiyi bildirilir.
Kənd Kupyanski rayonunda yerləşir, 2019-cu ildə burada 1173 nəfər yaşayıb. Kupyanskdan cənubda Oskol su anbarının sol sahilində yerləşir. Kənddən dəmir yolu keçir.