RU

Gürcüstan müxalifəti prezidenti prokurorluğa getməməyə çağırıb

Müxalifət liderləri Gürcüstan prezidenti Salome Zurabişviliyə seçki saxtakarlığının elan edilməsi ilə bağlı izahat vermək üçün prokurorluğa getməməyi tövsiyə ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Biz müxalifətçilər Gürcüstan Prokurorluğuna getmək fikrində deyilik, çünki ona etibar etmirik. Düşünürəm ki, prezident də prokurorluğa getməyəcək, amma onun mənim məsləhətimə ehtiyacı yoxdur”, - deyə müxalifət liderlərindən olan Zurab Caparidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Prokurorluğu oktyabrın 31-də Zurabaşvilini dindirməyə çağırıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
30
missiya.az

1Источники