RU

Nüvə sualtı gəmiqayırma zavodunda yanğın baş verib

Britaniyanın "BAE Systems" müdafiə şirkətinə məxsus "Devonshire Dock Hall" (DDH) gəmiqayırma zavodunda yanğın baş verib.

"Oxuməni.az" Britaniya polisinin verdiyi məlumata istinadən xəbər verir ki , oktyabrın 30-u çərşənbə günü İngiltərənin şimal-qərbindəki Barrou-in-Furness şəhərində gəmiqayırma zavodunda gecə yarısından sonra yanğin baş verib. Gəmiqayırma zavodu Britaniya nüvə sualtı qayıqlarını tikir.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və yanma məhsulundan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Gəmiqayırma zavodunda olan bütün insanlar təxliyə edilib, yerli sakinlərə qapı və pəncərələri bağlamaq, mümkünsə çölə çıxmamaq tövsiyə olunub.

Polis əlavə edib ki, nüvə hadisəsi riski yoxdur. "BAE Systems" yanğını söndürmək üçün təcili yardım xidmətləri ilə əməkdaşlıq etdiyini bildirib.

Londondan 350 km şimal-qərbdə yerləşən gəmiqayırma zavodu 150 il əvvəl tikilib. Hazırda Britaniya Kral Donanması üçün bir neçə nüvə sualtı qayıqları inşa edir. Söhbət "Astute" və "Dreadnought" sinfinə aid sualtı qayıqlardan gedir.

"BAE Systems" dünyanın ən böyük silah istehsalçılarından biridir .Məhsullarının siyahısında tanklar və döyüş təyyarələri də var .

Oxuməni.az

Избранный
45
oxumeni.az

1Источники