RU

COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib - FOTO

Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib.

APA xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, tabeli tibb müəssisələrinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirləri və struktur bölmə rəhbərləri, eləcə də media nümayəndələrinin və ictimai xadimlərin iştirakı ilə keçirilən brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub.

Vüqar Qurbanov brifinqdə COP29 tədbiri günlərində tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün zəruri olan fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyini bildirib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, COP29 tədbiri günlərində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün səhiyyə qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərir.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov geniş təqdimatla çıxış edərək, həm xəstəxanalarda tibbi xidmətin təşkilindən, həm də təcili tibbi yardım briqadalarının təhkim olunduğu ərazilərdən bəhs edib. O deyib ki, qonaqların məskunlaşacağı hotel və mehmanxanalarda təcili tibbi yardım xidməti təşkil edilib, tədbirin keçiriləcəyi məkan və ərazilər üzrə ambulans və tibbi heyət ayrılıb, eləcə də Bakı Olimpiya Stadionuna ambulanslar təhkim olunub və COP29 Qərargahında növbətçilik təşkil edilib.

Brifinqdə media nümayəndələrinin aidiyyəti üzrə sualları cavablandırılıb. Daha sonra Yeni Klinikada yaradılan şəraitlə əyani tanışlıq baş tutub, eləcə də tədbir üçün ayrılan ambulanslara baxış keçirilib.

COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29 COP29
Избранный
77
6
apa.az

7Источники