Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi keçirilib.
Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən 192 layihə təqdim olunub. Ekspert komissiyası tərəfindən regional əhatəlilik, çoxtərəfli əməkdaşlıq, innovativlik, müxtəliflik və inklüzivlik, davamlılıq prinsiplərinə əsasən layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilib. Mədəni və yaradıcı sənayelərin kino, animasiya, tətbiqi sənət, musiqi, fotojurnalistika, kitab, rəqəmsallaşdırma və mədəni irs sahələri üzrə seçilmiş 29 layihənin qrant maliyyələşdirilməsi ilə bağlı qərar verilib.
Müsabiqə haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz: