RU

Britaniyada "meymunçiçəyi" virusunun yeni variantına rast gəlinib

Britaniyanın London şəhərində bir nəfər "meymunçiçəyi" (mpox) virusunun yeni variantına yoluxub.
 
APA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, həmin vətəndaş Afrikada səyahətdə olarkən virusa yoluxub. Virus həmin sakin Londona qayıtdıqdan sonra onda aşkarlanıb və o, xüsusi təchiz olunmuş xəstəxanaya göndərilib.
 
Agentlik əlavə edib ki, virusa yoluxma halı azdır və vətəndaşların narahat olmasına səbəb yoxdur.
 
Qeyd edək ki, "meymunçiçəyi" virusunun yeni variantı ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ilin avqust ayında Konqo Demokratik Respublikasında aşkar olunub.
 
ÜST-nin son məlumatına görə, bu il Afrikada 44,000-dən çox təsdiqlənmiş və ya şübhəli yoluxma hadisəsi aşkarlanıb.
Избранный
20
4
moderator.az

6Источники