Britaniyanın London şəhərində bir nəfər "meymunçiçəyi" (mpox) virusunun yeni variantına yoluxub.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin vətəndaş Afrikada səyahətdə olarkən virusa yoluxub. Virus həmin sakin Londona qayıtdıqdan sonra onda aşkarlanıb və o, xüsusi təchiz olunmuş xəstəxanaya göndərilib.
Agentlik əlavə edib ki, virusa yoluxma halı azdır və vətəndaşların narahat olmasına səbəb yoxdur.