RU

"Vaşinqton Post"un COP29 dərdi - Ceff Bezosun biznes maraqları

Bilmirəm kim deyib, amma dəqiq ifadədir: “Müstəqil mətbuat ancaq vakuumda mövcud ola bilər”.  İngiliscə, almanca, fransızca yazılanlara tez-tez istinad edənlər də bilməlidirlər ki, inkişaf dərəcəsindən asılı olmayaraq dünyanın heç bir ölkəsində mətbuat orqanının asılılığı və tabeçiliyi olmadan uzun müddət mövcudluğunu qoruyub saxlaması mümkün deyil. BBC-ni də, “Guardian”ı da, “Vaşinqton Postu” da, “Nyu York Tayms”ı da nəhəng maliyyə şirkətlərinin maraqları idarə edir. Bu media orqanları heç vaxt azad olmayıblar, dərc etdikləri bütün materialların sifarişçisi olub, bu gün də əzəli qaydada fəaliyyət göstərirlər. Məsələn, hansısa ölkənin demokratiya səltənətinə çevrilməsi, ütü, fen, alt paltarları, hamam aksesurları kimi məhsulların onlayn satışı ilə məşğul olan “Amazon” şirkətinin nəyinə lazımdır? İndi deyəcəksiz ki, heç dəxli var? Var əlbəttə. Bu gün məqalələri az qala müqəddəs kitablarda yazılanlarla eyni tutulan “Vaşinqton Post” qəzeti həmin bu “Amazon” şirkətinə daxil olan çoxsaylı elementlərdən biridir.

Əmin olun, Azərbaycanda insan haqları, demokratiyanın səviyyəsi və nəhayət COP29-un Bakıda keçirilməsi kimi məsələlər “Amazon”un sahibi, “Vaşinqton Post”un ağası, milyarder Ceff Bezosun maraqları daxilində deyil. Yazılırsa, deməli, sifarişçi belə istəyib. Deməli, arxasında başqa maraqlar var. Maraqlar isə çağdaş dünyada tez-tez dəyişir. Sabah maraqlar tələb eləsə, Şimali Koreya əhalisini yeriyən ölülər vəziyyətində saxlayıb, istədiyi adamı raketə bağlayaraq göyə “uçuran”, ağlagəlməz işgəncə növləri tətbiq etməklə məşhurlaşan Kim Çen Inı Nobel sülh mükafatına layiq bilərlər…  

Bu günə qədər dəfələrlə əldən-ələ keçmiş, bir maliyyəçinin nəzarətindən başqa bir maliyyəçinin himayəsinə

transfer etmiş, qaynatadan kürəkənə, ondan da arvadına ötürülmüş, sonra satıla-satıla gəlib “Amazon” ailəsinə daxil olmuş “Başinqton Post”, Stilson Xatçinsin dövründə də kommersiya maraqlarından çıxıç edib, Con R.Maklinin nəzarətinə keçəndə də, Yucin Meyer tərəfindən himayə olunanda da. 1877-ci ildən üzü bəri siyasi oyunlarda istifadə olunan və bu vasitə ilə böyük pullar qazanmış bir qəzetin yalnız adı həşəmətli ola bilər – mahiyyəti belə deyil!

Nəhəng kommersiya qurumuna məxsus olan “Vaşinqton Post” “adının çəkilməsini istəməyən mənbələr”ə istinadla o qədər yalan tirajlayıb ki, bundan hətta Donald Tramp da xirtdəyə yığılmışdı.. O, Ağ Ev-ə rəhbərlik etfiyi dövrdə öz Twitter hesabında açıq şəkildə yazmışdı: “Vaşinqton Post” öz məqalələrində mütəmadi olaraq anonim mənbələrə istinad edir. Halbu ki, heç bir mənbə yoxdur. Bu qəzet həqiqi adamlara çox nadir hallarda istinad edir. Çünki onlara lazım olan ancaq neqativ ruhda danışanlardır. Belələrini isə tez-tez tapa bilmirlər. Bu qəzet jurnalistikanın adını biabır edir“. 

ABŞ prezidenti bu paylaşımından az sonra “Nyu York Tayms”ı da tənqid hədəfinə gətirmişdi Bu qəzeti də dəqiqləşdirilməmiş və uydurulmuş xəbərlər yaymaqda ittiham edən Tramp, maraqlı proqnozu ilə də diqqət çəkmişdi “Vaşinqton Post” da “Nyu York Tayms” da müflis olub sıradan çıxacaqlar. Bu qəzetlər mövcud olmayan mənbələrə istinad etməklə insanlarda ikrah yaradırlar. Getdikcə onların yazdığı heç kəsə maraqlı olmayacaq və nəticədə tamamilə müflisləşəcəklər”.  

Bunda başqa, dünya ictimaiyyəti Trampın dilindən, “Bu qəzetlər Amerika xalqının düşmənləridir” kimi fikirlər də eşidib. Amerikanın digər ünlü siyasi xadimləri də adıçəkilən qəzetləri intriqaçılığa meyillilikdə və yalnız mənsub olduqları biznes şəbəkələrinin maraqlarını təbliğ etməkdə qinayıblar. Odur ki, kimsə əziyyət çəkib “Vaşinqton Post”un yazdıqlarını, Azərbaycan cəmiyyətinə "Quran ayəsi" kimi təqdim etməyə çalışmasın. 

Nicat Dağlar

Missiya.Az

Избранный
119
missiya.az

1Источники