...Birləşmiş Ştatlar öz qoşunlarının İraqdan çıxarılması qrafiki ilə “oynaya” və müxtəlif bəhanələrlə onu təxirə sala bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Rusiyanın bu ərəb ölkəsindəki səfiri Elbrus Kutraşev deyib. Diplomatın sözlərinə görə, Bağdad amerikalıların tez bir zamanda guya İraqdan gedəcəkləri ilə bağlı vədlərinə inanmır. İraqlılar başa düşürlər ki, Vaşinqtondan tam müstəqilliyə dərhal nail olmaq mümkün olmayacaq və onlar bu istiqamətdə yaxşı templə irəliləyirlər.
Səfir qeyd edib ki, ABŞ qoşunlarının çıxarılması qrafikinə yenidən baxılması üçün bəhanə terrorçuların guya fəallaşması ola bilər və Vaşinqtonun yerli iqtisadiyyata təzyiqi səbəbindən Bağdad hələ buna etiraz etmək iqtidarında deyil. Yeri gəlmişkən qeyd edilməlidir ki,Kutraşev hazırda “vaxtın İraqın müstəqilliyi və suverenliyi üçün çalışdığını,Amerikanın mövqelərinin getdikcə zəiflədiyi” faktına da diqqət çəkib.
Əli Babayev