RU

Meta-nın mənfəəti üçüncü rübdə 35 faiz artıb

ABŞ şirkəti, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan "Meta" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 40,5 milyard dollar təşkil edib. Meta ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə etmişdi.

Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub.

"Meta"nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 11,5 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 6,03 dollara yüksəlib.

Söz mövzusu dövrdə Meta-nın mənfəəti də bazar gözləntilərini üstələyib.

Şirkət ilin dördüncü rübündə 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirib. 

Meta-nın baş icraçı direktoru Mark Zukerberq şirkətin maliyyə nəticələrini dəyərləndirərkən, "Tətbiqlərimizdə və işimizdə süni intellektin inkişafı sayəsində yaxşı bir rüb keçirdik" deyib.

meta gəlir mənfəət facebook instagram whatsapp Mark Zukerberq
Избранный
104
4
marja.az

5Источники