RU

Mahir Emreli Almaniya Kubokunda qol vurub

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində üçüncü qolunu vurub.

Msport.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya Kuboku çərçivəsində “Hoffenhaym”la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb.

Matç “Nürnberq”in 1:2 hesablı məğlubiyyəti ilə bitib.

M.Emreli daha əvvəl II Bundesliqanın IX turunda “Qroyter”ə və X turunda isə “Reqensburq”a qarşı oyunlarda da fərqlənmişdi.

Избранный
50
13
msport.az

10Источники