RU

Xavyer Tebas “Real”ı sərt tənqid etdi: “Klub bu ruhunu çoxdan itirib”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın “Qızıl top”un təqdimat mərasiminə öz nümayəndələrini göndərməmək qərarını şərh edib.

Arena.az xatırladır ki, “Real”ın müvafiq qərarına, mükafatı “qaymaqlılar”ın braziliyalı hücumçusu Vinisius Juniorun deyil, “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodrinin alacağı ilə bağlı mətbuata sızmış xəbər səbəb olub ki, bu da gerçəkləşib.

“Mən “Real”ın pərəstişkarıyam. Bu klubun ən mühüm dəyərləri alicənab olması, uduzduqda isə əl sıxmasıdır. Məncə, “Real” bu ruhunu çoxdan itirib. Onlar mərasimə qatılmalı və “France Football”un şəffaf və 100 jurnalistin səs verdiyi sistemi sorğulamamalı idilər.

“Real”ın qurbanlıq zehniyyəti gərəksiz və şişirdilmişdir. Mən onların hara yuvarlanıb getmək istədiklərini bilmirəm. Biz İspaniyada da bu zəriflikdən əziyyət çəkirik”, deyə Xavyer Tebas vurğulayıb.

Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən, “Qızıl top” “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib. Təşkilatçıların bu qərarı futbol dünyasını iki cəbhəyə ayırıb. Bir qisim Rodrinin ən nüfuzlu fərdi futbol mükafatını almasını qəbullansa da, digər cəbhə təşkilatçıları ədalətsizlikdə suçlayaraq, “Qızıl top”un “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora təqdim edilməli olduğu qənaətindədir.

Избранный
54
34
arena.az

10Источники