RU

CNN-nin ABŞ-dakı prezident seçkisinə qədər İranın İsrailə zərbə vuracağı xəbərinin həqiqət payı varmı?

Nüfuzlu CNN televiziya kanalının ABŞ-dakı prezident seçkisinə qədər, yəni 5 noyabra qədər İranın İsrailə zərbə vuracağı xəbərinin həqiqət payı varmı? CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib.

Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər. İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək. Çünki, İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır.

Elxan Şahinoğlu

visiontv.az



Избранный
39
1
visiontv.az

10Источники