RU

“Qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb“

“Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb”. SİA xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq idarəsinin nümayəndəsi Ülvi Əliyev deyib.O bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb: “COP29 ərəfəsində ölkəmizə gələn qonaqların rahat və maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb”.Qeyd olunub ki, güzəştlər qeydiyyatdan keçmiş COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Müəllif: Səbinə Hüseynli

Избранный
51
9
sesqazeti.az

4Источники