RU

“Mitinqlərin əsl təşkilatçıları Gürcüstanda deyil”-Sahib Alıyev

“Mitinqlərin

“Mən çox təəssüflə qeyd etməliyəm ki, Gürcüstanda keçirilən mitinqlərin əsl təşkilatçıları Gürcüstanda deyil. Bu mitinqin keçirilməsini Salome Zurabişvili vasitəsi ilə sifariş edənlər o bölgədə bölücü xətlər çəkməyi planlaşdıranlardır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat əlavə edib ki, onları qətiyyən Gürcüstanda demokratiya, söz azadlığı və gürcü xalqının əmin-amanlığı maraqlandırmır: “Onları maraqlandıran budur ki, Gürcüstanın başında təsirləri altında olan bir hakimiyyət dayansın və o hakimiyyət öz milli maraqlarından deyil, onların geosiyasi istəklərindən çıxış etsin. Belə mitinqlər birinci dəfə deyil. Bu vəziyyət Gürcüstanda 2020-ci ilin parlament seçkisində də yaranıb. Müxalifət seçkinin nəticəsini tanımadığını bildirərək davamlı mitinqlər keçirdi, sonra isə elə həmin Qərbdəkilərin diqtəsi ilə parlamentdə əyləşdilər. Ümid edirəm ki, eyni vəziyyət yenə də təkrarlanacaq”.

S.Alıyev vurğulayıb ki, bizə dost dövlət olan Gürcüstanda sabitlik, əmin-amanlıq lazımdır: “Bizim istəyimiz bölücü xətlər çəkənlərdən tam fərqli olaraq gürcü xalqını doğrudan da firavanlıq içərisində görməkdir və həmçinin Gürcüstan hakimiyyətinin öz milli maraqlarından çıxış etmək imkanının olmasıdır. Gürcüstandakı hakimiyyət nə dərəcədə öz milli maraqlarından çıxış edəcəksə, bu, regionda əməkdaşlığın daha da dərinləşməsi, genişlənməsi, ümumiyyətlə, müsbət ab-havanın yaranması baxımından bir o dərəcədə əhəmiyyətli olacaq. Ən azından biz öz dövlətimizin, öz xalqının maraqlarına dayanaraq siyasət yeridən öz hakimiyyətimizin atdığı addımlardan görürük ki, bu həm Azərbaycan, həm də bütövlükdə region üçün nə qədər faydalıdır. Yəni bizim Gürcüstdandakı seçki prosesinə yanaşmamız da, oradakı böhran yaratmaq cəhdlərini tənqidimizin də arxasında duran məhz budur”.

Röya İsrafilova

Избранный
80
xalqcebhesi.az

1Источники