RU

İran bu tarixdə İsrailə hücum edəcək

İranın İsrailin son zərbəsinə cavabı ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən yazıb. Kanalın iddiasına görə, İranın bu cavabı “çox ağrılı və qətiyyətli” olacaq.

"Çox güman ki, cavab tədbirləri noyabrın 5-nə kimi yerinə yetiriləcək", - mənbə qeyd edib.

CNN-in məlumatına görə, bütün bunlar İran nümayəndələrinin İsrail hərbçilərinin hücumunu ciddiyə almalarını göstərir.

Xatırladaq ki, İsrail ordusu oktyabrın 1-də baş verən raket hücumuna cavab olaraq bir neçə gün əvvəl İrana zərbə endirib./lent.az

Избранный
35
1
turkustan.az

2Источники