RU

Gürcüstanda konstitusiya böhranı yarana bilər- Zurabişvili 10 gün ərzində qərar verməsə...

Image

Polad Mehdi: “...İlk iclasını keçirə bilməməsi növbədənkənar parlament seçkilərinin keçirilməsinə zəmin yaradır, səbəb olur”

Bildiyimiz kimi, oktybarın 26-da Gürcüstanda parlament seçkiləri keçirildi. Seçkidə hakim “Gürcü arzusu” partiyası üstünlük qazandı və parlamentdə 89 mandat aldı.

Gürcüstan Konstitusiyasına görə, 10 gün ərzində prezidedent parlamentin ilk iclasını təyin etməlidir. Əgər təyin etməsə hüquq müstəvisində nə baş verər? 

“100 deputatın səlahiyyətləri təsdiq olunduqdan sonra 10 gün ərzində prezident iclas çağırır”

Hüquqşünas Polad Mehdi “Bakı-Xəbər”ə bildirdi ki, prezident 10 gün müddətində parlamentin ilk iclasını təyin etməsə, 100 deputatın iştirakı ilə parlamentin iclasını keçirə bilər. “Məlum olduğu kimi, Gürcüstanda oktyabrın 26-da növbəti parlament seçkiləri keçirildi. Bu parlament seçkiləri nəticəsində hakim “Gürcü arzusu” partiyası səslərin 4 faizini yığaraq (o 89 deputat edir-P.M) parlament çoxluğu əldə etdi, ona təkbaşına hökumət qurmaq səlahiyyəti verildi. Gürcüstan qanunvericiliyinə görə, 50 faizdən yuxarı səs toplayan partiya təkbaşına hökumət qura bilər. Lakin burada bir hüquqi nüans yaranır. O nüans nədən ibarətdir?

Gürcüstan konstitusiyasının 38-ci maddəsinə əsasən, parlamentə seçilən deputatların 3-də 2-nin mandatı təsdiq olunduqda parlament səlahiyyətli sayılır. Bu isə 100 deputat edir. Əgər minimum 100 deputatın səlahiyyəti təsdiq olunarsa Gürcüstan prezidenti həmin maddəyə görə 10 gün ərzində parlamentin ilk iclasını təyin edir. Burda isə məsələ ondan ibarətdir ki, hakim “Gürcü arzusu” partiyasının 89 deputatı var, o, 100 deputat mandatına sahib deyil. Əgər seçilmiş digər deputatlar parlamentdə iştirakdan, mandatdan imtina edərlərsə, bu, Gürcüstanda hüquqi bir böhranın yaranmasına səbəb olur. Nəticədə parlament ilk iclasını keçirə bilmir. İlk iclasını keçirə bilmədiyinə görə köhnə deputatlar səlahiyyətli qalır və ilk iclasını keçirə bilməməsi növbədənkənar parlament seçkilərinin keçirilməsinə zəmin yaradır, səbəb olur” - deyə P.Mehdi bildirdi.

P.Mehdinin sözlərinə görə, Gürcüstan konstitusiyasındakı bu normaya əsasən mütləq parlamentdə minimum 100 deputatın səlahiyyətləri təsdiq olunmalıdır: “100 deputatın səlahiyyətləri təsdiq olunduqdan sonra 10 gün ərzində prezident iclas çağırır. Əgər bu baş verməsə, deputatlar parlamentdə iştirakdan imtina etsələr, mandatı qəbul etməsələr prezident bu iclası təyin edə bilmir. Edə bilmədiyinə görə parlament legitim sayılmır”.

P.Mehdi qeyd etdi ki, iclasın baş tuta bilməməsi səbəbindən yenidən növbədənkənar parlament
 seçkiləri keçirilə bilər.

İradə SARIYEVA





Избранный
24
baki-xeber.com

1Источники