RU

"Ağ Ev bu xəbərləTehranın planlarını pozmağa çalışıb" - AÇIQLAMA

“CNN”in xəbərinə görə, İran İsrailə ABŞ-də prezident seçkilərinə qədər zərbələr endirəcək.Nəşr həmçinin əlavə edib ki, İran belə bir addım atmağa qərar verərsə, ikiqat güclü cavab zərbəsi alacaq. 

 

Maraqlıdır, nüfuzlu “CNN” televiziya kanalının ABŞ-dəki prezident seçkisinə qədər, yəni 5 noyabra qədər İranın İsrailə zərbə vuracağı xəbərinin həqiqət payı varmı? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, xəbər administrasiya tərəfindən bilərək yayılıb:

 

““CNN” bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib. Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini “CNN” vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən, “CNN” yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər”. 

 

Politoloqun sözlərinə görə,İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında gərginliyin şiddətlənməsi anlamına gələcək:

 

“Belə olacağı halda, İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır”.

 

Firuzə Əliyeva
 

Избранный
56
46
sfera.az

10Источники