RU

Çkalovun nəvəsi terrorçu elan edildi

“Rosfinmonitoring” məşhur sovet pilotu Valeri Çkalovun nəvəsi, bloger Daria Boqdanovanı terrorçu və ekstremistlər siyahısına əlavə edib.

"Unikal" xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilib

İyulun 12-də Rusiya Ədliyyə Nazirliyi Daria Boqdanovanı xarici agentlərin reyestrinə əlavə edib. Ədliyyə Nazirliyinin məlumatına görə, Boqdanova Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb, Rusiya Federasiyasının dövlət orqanları tərəfindən dəstəklənən xüsusi hərbi əməliyyatın keçirilməsinə qarşı çıxıb, həmçinin, Ukrayna Silahlı Qüvvələrinə pul toplama tədbirlərində iştirak edib.

Избранный
92
24
unikal.az

5Источники